XƏBƏRLƏR / Münaqişə

Iran Körfəz ölkələrindən təzminat tələb edir

Bu barədə BMT-nin tribunasından İranın daimi nümayəndəsi Əmir Səid İrəvani bəyanat verib

Iran Körfəz ölkələrindən təzminat tələb edir
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • İran ABŞ-İsrail müharibəsində iştirak etdiklərinə görə Bəhreyn, İordaniya, Qətər, BƏƏ və Səudiyyə Ərəbistanından təzminat tələb edir — Tasnim.
    "Bəhreyn, İordaniya, Qətər, Birləşmiş Ərəb Əmirlikləri və Səudiyyə Ərəbistanı qanunsuz hərəkətləri nəticəsində İrana dəyən fiziki və mənəvi ziyanı tam şəkildə ödəməlidirlər. Onlar Vaşinqton və Təl-Əviv tərəfində münaqişəyə qoşulmaqla İrana qarşı öhdəliklərini pozublar", - deyə İranın BMT-dəki daimi nümayəndəsi Əmir Səid İrəvani bildirib.

    Qeyd edək ki, Tehran 270 milyard dollara qədər qiymətləndirilən ziyana görə tam təzminat tələb edir.