XƏBƏRLƏR / Münaqişə

İran nümayəndə heyəti danışıqlar üçün İslamabada gəlib

Bu barədə "The Wall Street Journal" mənbələrə istinadən məlumat yayıb

İran nümayəndə heyəti danışıqlar üçün İslamabada gəlib
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • İran parlamentinin sədri Məhəmməd Bağır Qalibaf və xarici işlər naziri Abbas Əraqçinin rəhbərlik etdiyi İran nümayəndə heyəti ABŞ ilə danışıqlar aparmaq üçün İslamabada gəlib.

    Bu barədə "The Wall Street Journal" mənbələrə istinadən məlumat yayıb.

    Qəzetin məlumatına görə, Pakistan artıq 11 apreldə danışıqlar aparmağa hazırlaşır.

    ABŞ nümayəndə heyətinə isə vitse-prezident Ceyms Devid Vensin rəhbərlik edəcəyi gözlənilir.

    Qeyd edək ki, məlumat başqa mənbələr tərəfindən təsdiqlənmir. İran mənbələri İsrailin Livanı bombalaması davam edəcəyi təqdirdə danışıqların baş tutmayacağını yazırlar.