XƏBƏRLƏR / Münaqişə

PKK/YPG Suriyada silahı mümkün qədər tez yerə qoymalıdır

Bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan bəyan edib

PKK/YPG Suriyada silahı mümkün qədər tez yerə qoymalıdır
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • PKK/YPG terror qruplaşması Suriyada silahı mümkün qədər tez yerə qoymalıdır.

    Bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan iordaniyalı həmkarı Ayman Safadi ilə birgə mətbuat konfransında deyib.

    “Biz terror təşkilatı PKK/YPG-nin mövcud vəziyyətdən sui-istifadə etməməsi, silahı yerə qoyması və yeni idarəçiliyə qoşulması barədə müzakirələr apardıq”, - Fidan bildirib.

    Türkiyə XİN rəhbəri qeyd edib ki, PKK/YPG-nin varlığının aradan qaldırılması an məsələsidir: “PKK/YPG terror qruplaşması Suriyada silahlarını mümkün qədər tez yerə qoymalıdır”.

    Hakan Fidan onu da qeyd edib ki, Qərb kəşfiyyat təşkilatları region ölkələrinin təhlükəsizliyini pozmaq üçün terror təşkilatlarına sızırlar.