İran Prezidentinin səfəri ilə bağlı səhər düşüncələri
İki dövlət başçısı arasında “ünsiyyət kimyası” böhranın aradan qaldırılması hissini yaratdı

Düzünü desəm, İranla Azərbaycan arasındakı gərginlik və ya münaqişədə birbaşa və ya dolayısı ilə maraqlı tərəflərin sayı saydıqca qurtarmır. Bunlar birbaşa və dolayı “xarici oyunçular” və hətta xarici təsir altında olan “daxili” maraqlı tərəflərdir.
Səfər proqramı və daha çox, iki dövlət başçısı arasında atmosfer və ya necə deyərlər, “ünsiyyət kimyası” bir çoxları kimi məndə də böhranın aradan qaldırılması hissini yaratdı.
Ümid etmək istəyərdik ki, bu daimi olacaq...
Bütün problemlərin avtomatik həll olunduğunu düşünmürəm.
Sadəcə olaraq, onların həlli üçün alqoritm “dost” paradiqmaya çevriləcək...
Sülhməramlılarda olduğu kimi - onları dava-qırğınla çıxarmaq olardı, amma biz onları orkestrlə yola saldıq,...