XƏBƏRLƏR / Qonşular

İran qaz tranziti ilə bağlı Azərbaycanla danışıqlar aparır

Bu barədə İranın neft naziri vəzifəsini icra edən Həmid Bordeh məlumat verib

İran qaz tranziti ilə bağlı Azərbaycanla danışıqlar aparır
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • İranın neft naziri vəzifəsini icra edən Həmid Bordeh Azərbaycan da daxil olmaqla bir neçə ölkə ilə qaz tranziti məsələləri ilə bağlı danışıqların davam etdiyini bildirib. O deyib ki, Tehran Xəzər dənizindəki neft yataqlarının işlənməsi ilə bağlı danışıqları da davam edir.

    Bundan əlavə, İran Cənubi Pars qaz yatağının zədələnmiş gücünü bərpa etmək və onu tam istismara qaytarmaq üçün çalışır.

    Bordeh qeyd edib ki, onun nazirliyinin prioriteti istehsalın artırılması və ixracın sabitləşdirilməsi olaraq qalır və istehsal gücünün tam bərpası davamlı istehsal və qazın rasional istehlakını tələb edir.