XƏBƏRLƏR / Hərbi

İran Rusiyadan aldığı Su-35S təyyarəsini nümayiş edib

Təyyarə İranın Ordu günü ilə əlaqədar hərbi paradda göstərilib

İran Rusiyadan aldığı Su-35S təyyarəsini nümayiş edib
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • İran ordusu bu gün Rusiyadan aldığı Su-35S təyyarəsini nümayiş edib. Mətbuatda bir neçə aydır ki, bu yeni nəsil qırıcıların İran tərəfdən alınması haqda söz-söhbət gəzirdi. İsrail mənbələri xəbər verir ki, Misir üçün istehsal edilən 24 ədəd Su-35 təyyarəsi, rəsmi Qahirənin son anda qırıcılardan imtina etdiyi üçün İrana satılıb.

    Su-35 bu gün İranda Ordu günü ilə bağlı keçirilən paradda göstərilib.

    İranın köhnəlmiş döyüş təyyarələri, əsasən Sovet MiQ-lərı və SU-ları, eləcə də ölkənin 1979-cu il İslam İnqilabından əvvəl aldığı bir neçə Çin və köhnə Amerika təyyarələri var. Onlar üçün ehtiyat hissələrinin alınması da sanksiyalar səbəbindən çətinləşib.