XƏBƏRLƏR / Münaqişə

İran və İsraildə savaşdan əziyyə çəkənlərin sayı

Son günlər İran və İsrail aramsız raket və dron zərbəlrinə məruz qalıb

İran və İsraildə savaşdan əziyyə çəkənlərin sayı
  • Oxuma müddəti:

    1 dəqiqə

  • İRANın yerli hakimiyyət orqanlarının məlumatına görə, ABŞ və İsrailin Şəhid Borucerdi məhəlləsinə endirdiyi zərbə nəticəsində 130-dan çox Tehran sakini yaralanıb.

    İran paytaxtına gecə endirdiyi hava hücumlarının görüntüləri internetdə dərc olunur. Səhiyyə Nazirliyinin məlumatına görə, münaqişənin başlanğıcından bəri Tehranda ABŞ və İsrailin endirdiyi hava hücumlarında ən azı 500 nəfər həlak olub. Daha 5700 nəfər yaralanıb.

    ***

    İSRAİL Səhiyyə Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, İran və Livandan atılan raket hücumları nəticəsində 28 fevraldan bəri İsraildəki xəstəxanalara 3369 nəfər təxliyə edilib.

    İsraildə son sutkada İranın hücumları nəticəsində 142 nəfər xəstəxanalara yerləşdirilib.

    Bu barədə İsrailin Səhiyyə Nazirliyi məlumat yayıb.

    Bildirilib ki, onlardan 134 nəfərin vəziyyəti yaxşıdır.

    Bəyanatda deyilir: "Aslanın Nəriltisi" Əməliyyatının əvvəlindən (28 fevral) 16 mart 2026-cı ilə qədər 3369 nəfər xəstəxanalara təxliyə edilib, onlardan 81-i hələ də xəstəxanadadır".

    Nazirlik əlavə edib ki, yaralılardan birinin vəziyyəti kritik, yeddisinin vəziyyəti ağır, 14-ünün vəziyyəti orta, digər 59 nəfərin vəziyyəti isə yüngül qiymətləndirilir.