
Sabahdan İran və Rusiya Xəzər dənizində birgə hərbi təlimə başlayacaq.
İran mənbələrinin verdiyi xəbərə görə, “Birləşmiş Dəniz Xilasetmə Təlimi 2025” (CASAREX2025) 3 gün davam edəcək.
Təlimə İran İslam İnqilabı Keşikçiləri Korpusunun Dəniz Qüvvələri, İran Polis Komandanlığı, Rusiya Hərbi Dəniz Qüvvələri qatılacaq. Təlim “Təhlükəsiz Xəzər dənizi üçün birlikdə” devizi ilə keçirilir.