XƏBƏRLƏR / Qonşular

İran Zəngəzur yolunu Ermənistan üçün zərərli sayır

Bunu İranın Ali dini lideri Ayətullah Xamenei Paşinyanla görüşündə bəyan edib

İran Zəngəzur yolunu Ermənistan üçün zərərli sayır
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • İranın Ali dini lideri Ayətullah Əli Xamenei Ermənistanın baş naziri Nikol Paşinyanla görüşündə “Ermənistanın ərazi bütövlüyünün qorunub saxlanılmasının zəruriliyini” təsdiqləyib və bildirib ki, “İran Zəngəzur yolunu Ermənistan üçün zərərli hesab edir və öz mövqeyində qətidir”.

    O vurğulayıb ki, “iki ölkə arasında əməkdaşlıq müəyyən maraqlara əsaslanaraq və başqalarının siyasətindən asılı olmayaraq ardıcıl olaraq davam edəcək”.