İranda İƏT ölkələrinin daxili işlər nazirlərinin iclası olub
İran mediası xəbər verir YENİLƏNİB
17:16
İqtisadi Əməkdaşlıq Təşkilatına (İƏT) üzv dövlətlərin daxili işlər nazirlərinin görüşündə İranın daxili işlər naziri İskəndər Mömini beynəlxalq və regional arenalarda baş verən son hadisələrin region ölkələrini çoxsaylı çətinliklər və problemlərlə üzləşdirdiyini bildirib və deyib: "Belə bir şəraitdə, təhdidlərin dəyişən siması və təbiəti ilə ölkələr xarici və regional siyasətdə uyğun alternativlərdən istifadə etməklə yeni siyasi və iqtisadi təhlükəsizlik təhdidlərinə qarşı tədbir görməyə məcburdurlar".
Bu barədə IRNA məlumat yayıb.
O əlavə edib: "ABŞ və İsrailin işğalı və təcavüzü, İrana qarşı 12 günlük müharibənin tətbiqi milli birliyə və xalqın və silahlı qüvvələrin maksimum müqavimətinə səbəb oldu və nəticədə düşmən heç bir nailiyyət əldə etmədən müharibəni dayandırmağa məcbur oldu".
Daxili işlər naziri bildirib: "Terror fəaliyyəti, transmilli mütəşəkkil cinayətkarlıq, kibercinayətkarlıq, narkotik qaçaqmalçılığı, insan alveri və qanunsuz immiqrasiya, silah qaçaqmalçılığı və çirkli pulların yuyulması kimi çoxsaylı təhlükəsizlik problemlərinin mövcudluğu regionun təhlükəsizliyini və sabitliyini təhdid etsə də, region ölkələri və İƏT üzv dövlətləri üçün ağır xərclər yaradıb. Buna görə də, ictimai təhlükəsizliyin yalnız ikitərəfli səylər vasitəsilə təmin edilməsi kifayət deyil və region ölkələri arasında kollektiv və çoxtərəfli əməkdaşlığın genişləndirilməsi hər zamankindən daha vacibdir".
***
11:53
İranda İqtisadi Əməkdaşlıq Təşkilatına (İƏT) üzv ölkələrin daxili işlər nazirlərinin iclası keçirilir.
İran mediası xəbər verir ki, iclasın başlanğıcında İran prezidenti Məsud Pezeşkian çıxış edib və müasir tarixdə ən çox xarici müdaxilələrin məhz İƏT bölgəsində baş verdiyini bildirib.
Tədbirdə Tacikistan, Pakistan, Türkmənistanın daxili işlər nazirləri, Azərbaycan, Türkiyə, Qırğızıstan, Qazaxıstan, Əfqanıstan, Özbəkistanın daxili işlər naziirlərinin müavinləri iştirak edir.
Eyni zamanda, İƏT-in Baş katibliyi, eləcə də Omanın daxili işlər naziri və İraqın daxili işlər nazirinin müavini qonaq qismində təmsil olunur.
Qeyd edək ki, sammitdə təhlükəsizlik, sərhəd diplomatiyası, iqtisadiyyat və digər məsələlər müzakirə ediləcək.
2 dəqiqə