XƏBƏRLƏR / Qonşular

İranda internet bərpa olunub

8 yanvardan sonra - paytaxt Tehranda keçirilən etiraz aksiyaları zamanı baş verən hadisələrin şiddətlənməsindən sonra hökumət internetə çıxışı məhdudlaşdırmışdı

İranda internet bərpa olunub
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • İran daxilində etirazlar səbəbindən 8 yanvarda kəsilən internet bağlantısı tam şəkildə bərpa olunub.

    İranın xəbər saytları da normal fəaliyyətə keçib.

    Qeyd edək ki, 28 dekabr 2025-ci ildə Tehranın Böyük Bazarında tacirlərin rəhbərliyi ilə başlayan etirazlar yerli valyutanın xarici valyutalar qarşısında sürətlə dəyərdən düşməsi və iqtisadi çətinliklərin dərinləşməsi səbəbindən ölkənin müxtəlif bölgələrinə yayılıb.

    8 yanvarda paytaxt Tehranda keçirilən etiraz aksiyaları zamanı baş verən hadisələrin şiddətlənməsindən sonra hökumət internetə çıxışı məhdudlaşdırıb.