İranda Pezeşkianın Ermənistana səfəri kəskin tənqid edilib
İran Prezidenti ələ salınıb və “sadəlövh mövqe”də ittiham edilib

İran Prezidenti Məsud Pezeşkianın Ermənistana səfəri ilə əlaqədar ölkə daxilində, xüsusən də bəzi telekanallarda ona qarşı tənqidlər davam edir. Belə ki, "Soraya TV"-də verilişin son buraxılışında aparıcı Pezeşkianın mövqeyini ələ salıb.
Bazar günü yayımlanan verilişdə aparıcı Möhsün Maqsoudi Pezeşkianın Azərbaycan, Ermənistan və ABŞ arasında “Tramp dəhlizi” ilə bağlı razılaşmaya münasibətini ələ salıb və onu “sadəlövh mövqe”də ittiham edib.
Verilişdə mərhum prezident İbrahim Rəisinin təşəbbüsü ilə həyata keçirilən “Araz dəhlizi” layihəsinə dəfələrlə toxunulub, mövcud hakimiyyətin bu siyasəti davam etdirə bilməyəcəyi vurğulanıb.
Bəzi analitiklər qeyd ediblər ki, "Soraya TV"-də tənqid obyektiv qiymətləndirmədən daha çox siyasi baxışlara əsaslanır.