Qərb və Hindistan İran vasitəsilə Ermənistanı silahlandırır
Bu barədə "caliber.az" saytının tədqiqatından məlum olub
"Caliber.az" saytı İran vasitəsilə Ermənistana verilən Qərb silahlarının siyahısı dərc edib. İnformasiyanın siyasi komponentini bir kənara qoyub siyahıya baxaq:
- Fransa istehsalı olan SEZAR haubitsa.
- Fransa istehsalı olan "hava-hava" tipli raketlər R511 (mənzil-8 km) və R530 (mənzil-40 km) (SU-30-a inteqrasiya oluna bilər).
- Fransa istehsalı olan ERYX tank əleyhinə kompleks. Tellə idarəetmə. Menzil - 600 metr.
- Almaniya istehsalı olan qumbaraatan DM32. Nəzarətsiz atış. Aralığı - 300-400 metr
- Almaniya istehsalı olan tank əleyhinə qumbaraatan Panzerfaust 3. Nəzarətsiz atış. Aralığı - 300-400 metr
- Apilas birdəfəlik əl raket qumbarası. Nəzarətsiz atış. Aralığı 400-500 metr.
- Amerika istehsalı olan TOW tank əleyhinə kompleks. Tellə idarəetmə. Menzil 3-4km.
Qeyd edilir ki, silah tədarükçüləri siyahısına Almaniya da daxil olub. Bundan başqa, sayt Ermənistanla İran arasında 500 mln dollar məbləğındə silah alverini də xatırladır.