İranda "Xudafərin" və "Ordubad" SES-ləri müzakirə edilib
Energetika nazirinin müavini Soltanov tərəf müqabili Allahdadla tikintinin başa çatdırılması və diqər məsələlərdən danışıblar
Tehranda Azərbaycandan İrana elektrik enerjisinin ixracı ilə bağlı danışıqlar aparılıb.
Azərbaycanın energetika nazirinin müavini Elnur Soltanov və İranın elektrik enerjisinin istehsalı, ötürülməsi və paylanması şirkətinin rəhbəri Məhəmməd Allahdad arasında danışıqlar aparılıb.
Görüş zamanı tərəflər gələn qışda Azərbaycandan İrana elektrik enerjisinin birbaşa ixracının artırılması, enerji mübadiləsi və qaz və elektrik enerjisinin svop tədarükü məsələlərini müzakirə ediblər.
Bundan əlavə, həmsöhbətlər "Xudafərin" və "Ordubad" su elektrik stansiyalarının tikintisi və başa çatdırılması, istismara verildikdən sonra yeni generasiya güclərinin meydana çıxması və hasil edilən elektrik enerjisinin bir hissəsinin İrana verilə biləcəyi məsələləri müzakirə ediblər.
1 dəqiqədən az