İrandan 54 kq yaxın narkotik keçirilməsinin qarşısı alındı
Bu barədə Dövlət Sərhəd Xidmətindən məlumat verilib
İrandan 54 kq yaxın narkotik keçirilməsinin qarşısı alınıb.
Dövlət Sərhəd Xidmətindən verilən xəbərə görə, iyul ayının 14-də saat 08:20-də Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Horadiz” sərhəd dəstəsinin Füzuli rayonunun Böyük Bəhmənli kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində sərhəd naryadının sayıqlığı nəticəsində külli miqdarda narkotik vasitənin dövlət sərhədindən qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasına keçirilməsinin qarşısı alınıb.
Keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində ümumi çəkisi 53 kiloqram 700 qram narkotik vasitə marixuana aşkar olunaraq götürülüb.
Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.