XƏBƏRLƏR / Kriminal

Ağdamda 16 yaşlı qızı 4 nəfər zorlayıb

DİN xəbər verir ki, şübhəlilər saxlanılaraq istintaqa təqdim olunub

Ağdamda 16 yaşlı qızı 4 nəfər zorlayıb
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Ağdam rayonunun Yuxarı Yüzbaşılı kəndində yaşayan 16 yaşlı qız bir neçə nəfər tərəfindən cinsi zorakılığa məruz qalması barədə ailəsinə xəbər verib. 

    Zərərçəkən qızın ailəsi bununla bağlı hüquq-mühafizə orqanlarına müraciət edib. 

    DİN Mətbuat Xidmətinin regional qrupundan verilən məlumatda bildirilib ki, Ağdam rayonunda 2009-cu il təvəllüdlü qızın cinsi zorakılığa məruz qalması ilə bağlı Rayon Polis Şöbəsinə məlumat daxil olub. Polis əməkdaşlarının keçirdikləri tədbir nəticəsində qeyd edilən əməli törətməkdə şübhəli bilinən 4 nəfər rayon sakini saxlanılaraq istintaqa təqdim olunub.

    Faktla bağlı müvafiq ekspertizalar təyin olunub, araşdırmalar davam etdirilir.