XƏBƏRLƏR / İctimaiyyət

İrandan ölkəmizə qaçaqmal gətirmək istədilər

Dövlət Sərhəd Xidmətinin məlumatı

İrandan ölkəmizə qaçaqmal gətirmək istədilər
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • İrandan Azərbaycana qaçaqmal siqaret, pomidor toxumu və xalçanın gətirilməsinin qarşısı alınıb.

    Bu barədə Dövlət Sərhəd Xidmətindən (DSX) məlumat verilib.

    Dövlət Sərhəd Xidməti Sahil Mühafizəsi bölmələrinin birgə fəaliyyəti çərçivəsində Xəzər dənizinin cənub istiqamətində tütün məmulatlarının qaçaqmalçılıq yolu ilə İrandan Azərbaycana gətirilməsinin qarşısı alınıb. Xəzər dənizinin Bəndovan burnu istiqamətində keçirilən tədbirlər nəticəsində sahil xəttində aşkar olunmuş qutulara baxış zamanı ümumilikdə 23 998 ədəd müxtəlif adda siqaret, 80 ədəd dəmir bankada konservləşdirilmiş pomidor toxumu və 1 ədəd xalça aşkar edilərək götürülüb.

    Fаkt üzrə əməliyyаt-istintaq tədbirləri dаvаm еtdirilir.