İranın Naxçıvana hücumu nəticəsində 4 nəfər xəsarət alıb
Onların vəziyyəti stabil qiymətləndirilir, müvafiq şöbələrə yerləşdiriliblər
İran İslam Respublikası ərazisindən həyata keçirilən dron hücumları nəticəsində Naxçıvan Hava Limanında 4 nəfər xəsarət alıb.
Xəsarət alanlar Naxçıvan Muxtar Respublika Xəstəxanasının Təcili Tibbi yardım şöbəsinə yerləşdirilib.
Xəstəxananın Təcili yardım şöbəsinin müdiri Sahib Abuzərov bildirib ki, dron hücumu nəticəsində xəsarət alan 2 nəfərə braotravma, 2 nəfərə isə kürək nahiyəsinin küt travması diaqnozu qoyulub.
Onların vəziyyəti stabil qiymətləndirilir, müvafiq şöbələrə yerləşdiriliblər.
1 dəqiqədən az