XƏBƏRLƏR / Hərbi

"İranın nüvə təhlükəsi hərəkətə hazır olmağı tələb edir"

Bunu İsrailin müdafiə naziri Yoav Qalant amerikalı həmkarı Lloyd Ostin ilə birgə mətbuat konfransında deyib

"İranın nüvə təhlükəsi hərəkətə hazır olmağı tələb edir"
  • Oxuma müddəti:

    1 dəqiqə

  • İsrailin müdafiə naziri Yoav Qalant Yaxın Şərq turu çərçivəsində İsrailə səfərə gələn amerikalı həmkarı Lloyd Ostin ilə görüşdən sonra deyib ki, İranın nüvə silahı əldə etmək istəyi İsraildən istənilən hərəkətə hazır olmasını tələb edir, indi mühüm qərarlar qəbul etməyin lazım olduğu andır. 


    “Bu gün kritik bir mərhələdəyik, yaxın gələcəkdə təcili və vacib qərarlar qəbul etməli olacağıq. İran nüvə silahı əldə etmək və təkcə İsraili deyil, bütün dünyanı təhdid etmək niyyətindədir”, - Qalant bildirib.

    İsrailin müdafiə naziri əlavə edib ki, “İranın nüvə təhlükəsi bizdən istənilən hərəkət kursuna hazır olmağı tələb edir, təkrar edirəm və vurğulayıram: biz istənilən hərəkət kursuna hazır olmalıyıq”.

    Qalant deyib ki, İsrail İranın yəhudi dövlətini təhdid edəcək kütləvi qırğın silahları əldə etməsinə icazə verməyəcək. "Biz istənilən hərəkət kursuna hazır olmalıyıq, bütün variantlar nəzərdən keçirilir", - İsrailin müdafiə naziri bildirib.

    ABŞ müdafiə naziri Lloyd Ostin isə öz növbəsində bəyan edib ki, Birləşmiş Ştatlar İranın nüvə silahı əldə etməyinə imkan verməyəcək.