XƏBƏRLƏR / Hərbi

Qubadlıda silah-sursat tapıldı

Bu barədə DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan məlumat verilib

Qubadlıda silah-sursat tapıldı
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • İşğaldan azad edilmiş ərazilərdə polis əməkdaşları tərəfindən silah-sursatların aşkar edilməsi məqsədi ilə profilaktiki tədbirlər davam etdirilir.

    DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, Qubadlı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş tədbirlər zamanı rayon ərazisindəki tərk edilmiş hərbi mövqelərdən 8 tank əleyhinə idarə olunan raket sistemi, 5 qumbaraatan, 35 qumbara, 66 ədəd müxtəlif növ mərmilər və digər sursatlar aşkar edilib.

    Tapılan silah-sursat aidiyyəti üzrə təhvil verilib.