Rus hərbçiləri Gümrüdə gözlənilmədən hərbi təlim keçirir
Şəhər İcra Hakimiyyəti sakinlərə xəbərdarlıq edir: atəş səsləri eşidilərsə, panikaya düşməyin!
Gümrü Şəhər İcra Hakimiyyəti sakinlərə xəbərdarlıq edir ki, "bu gün şəhərdə atəş səsləri eşidilərsə, panikaya düşməyin."
Hərbi təlimlər Rusiya 102-ci hərbi bazasında baş tutacaq. Təlim həm də səsli siqnalla müşayiət olunacaq.
Qeyd edək ki, Ermənistan parlamenti Rusiya Prezidentinin əleyhinə olan Roma statunu ratifikasiya edəndən sonra iki ölkə arasında münasibətlər olduqca gərginləşib.
Ermənistan KİV-ləri qeyd edir ki, Roma statutun qəbul edilməsinin sabahsı günü Gümrüdə hərbi təlim keçirmək İrəvana təzyiq kimi qəbul edilə bilər. Jurnalistlər yazıır ki, belə bir təlimlər Rusiyanın 102-ci hərbi bazasının planlarında olmayıb.