XƏBƏRLƏR / Hərbi

Düşmən Kəlbəcər istiqamətində aktivləşib

Müdafiə Nazirliyi xəbər verir

Düşmən Kəlbəcər istiqamətində aktivləşib
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Oktyabrın 2-si saat 17:20-dən 18:00-dək  Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Əzizli yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Yuxarı Ayrım yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub. 

    Bundan başqa, qeyd olunan istiqamətdə yerləşən mövqelərimizin üzərinə döyüş kvadrokopterləri vasitəsilə əldəqayırma partlayıcı vasitələr də atılıb.

    Azərbaycan Ordusunun bölmələri itki verməyib, qeyd olunan istiqamətdə adekvat cavab tədbirləri görülüb.