İranla Rusiyanın arası dəydi?
İslam respublikası Rusiyanın Tehrandakı müvəqqəti işlər vəkilinə nota verib
İran Rusiyaya nota verib.
"Mehr" agentliyi xəbər verir ki, notanı İran Rusiyaya təqdim edib.
Rusiyanın Tehrandakı müvəqqəti işlər vəkili İran Xarici İşlər Nazirliyinə çağırılıb və ona VI Rusiya-Ərəb Əməkdaşlıq Şurasının iclasında qəbul edilmiş birgə bəyanata etiraz edilib və ona müvafiq məktub verilib.
Qeyd edək ki, Tehran Mərakeşdə keçirilən VI Rusiya-Ərəb Əməkdaşlıq Şurasının bəyanatında Əbu Musa, Böyük Tunb və Kiçik Tunb adalarının adlarının yer almasından narazıdır. İran Fars körfəzindəki bu adaların ona aid olduğunu iddia edir.