XƏBƏRLƏR / İqtisadiyyat

İraq nümayəndə heyəti Sumqayıt Kimya Sənaye Parkında

Bu barədə İqtisadi Zonaların İnkişafı Agentliyindən xəbər verilib

İraq nümayəndə heyəti Sumqayıt Kimya Sənaye Parkında
  • Oxuma müddəti:

    1 dəqiqə

  • İraq Ticarət Palatalar Federasiyasının prezidenti Abdulrazaq Al-Zuheyrinin rəhbərlik etdiyi nümayəndə heyətinin Sumqayıt Kimya Sənaye Parkına tanışlıq səfəri təşkil edilib.

    İqtisadi Zonaların İnkişafı Agentliyindən (İZİA) bildirilib ki, İZİA-nın sədr müavini Elkiyar Ziyadov qonaqlara qurumun idarəçiliyində olan sənaye zonaları, burada sahibkarlar üçün yaradılan əlverişli investisiya imkanları, tətbiq edilən vergi və gömrük güzəştləri barədə məlumat verib, İraq iş adamları sənaye zonalarında yaradılan əlverişli biznes imkanlarından yararlanmağa dəvət edilib.

    Səfər çərçivəsində qonaqlar Sumqayıt Kimya Sənaye Parkının foyesində quraşdırılan İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində olan sənaye zonalarının rezidentləri tərəfindən istehsal edilən məhsulların nümunələrindən ibarət stendə baxış keçiriblər.

    Daha sonra nümayəndə heyəti Sumqayıt Kimya Sənaye Parkının rezidenti “Sumqayıt Texnologiyalar Parkı” MMC-nin kabel zavodunda gedən istehsal prosesi ilə tanış olublar.