XƏBƏRLƏR / Neft və Qaz

Iraq SOCAR-ı neft sektoruna sərmayə qoymağa dəvət edib

Bunu İraqın Baş naziri əl-Sudani Bağdadda Azərbaycanın xarici işlər naziri Bayramovla görüşündə deyib

Iraq SOCAR-ı neft sektoruna sərmayə qoymağa dəvət edib
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • İraq Azərbaycanın dövlət neft şirkəti SOCAR-ı ölkənin neft sektoruna sərmayə qoymağa dəvət edib.

    Bunu İraqın Baş naziri əl-Sudani Bağdadda Azərbaycanın xarici işlər naziri Bayramovla görüşündə deyib.

    "Hökumətin neft sektorunda layihələrin həyata keçirilməsi üçün Azərbaycanla ikitərəfli tərəfdaşlıq qurmaq niyyəti vurğulanıb", - İraq Baş nazirinin mətbuat xidmətinin bəyanatında deyilir.