XƏBƏRLƏR / Neft və Qaz

Azərbaycan şirkəti Türkiyənin qaz layihəsində 25% pay alıb

"GL Group" Türkiyənin şimal-qərbində Trakya hövzəsində yerləşən F17-B4 blokunun payçısı oldu FOTO

Azərbaycan şirkəti Türkiyənin qaz layihəsində 25% pay alıb
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Azərbaycanın "GL Group" Şirkətlər Qrupu Türkiyədə təbii qazın işlənməsi layihəsində 25% pay alıb.

    Azərbaycanda ilk özəl enerji şirkətləri qrupu olan "GL Group" Türkiyənin təbii qaz hasilatı bazarına daxil olaraq ilk beynəlxalq strateji addımını atdı. Beləliklə, "GL Group" orta səviyyəli regional enerji şirkəti olmaq strategiyasını reallaşdıraraq beynəlxalq enerji oyunçusuna çevrilir.

    "GL Group" Türkiyənin şimal-qərbində Trakya hövzəsində yerləşən F17-B4 bloku üçün lisenziyanın 100% sahibi olan Kanadanın Gazelle Energy Limited şirkətində 25% pay alıb.

    Blok 145 kv.km ərazini əhatə edən qazın qiymətləndirilməsi və işlənməsi layihəsidir və 65 milyard kub fut həcmində aşkar edilmiş qaz ehtiyatları ilə yanaşı əhəmiyyətli artım potensialına malikdir.

    "GL Group" da "Gazelle Energy"nin direktorlar şurasında təmsil olunacaq.

    "GL Group" haqqında:

    "GL Group" Azərbaycanda beş neft və qaz yatağında, o cümlədən Salyan rayonundakı "Kürsəngi" və "Qarabağlı" yataqlarında, Abşeron yarımadasında Buzovna-Maştağa, Qala və Zirə yataqlarında fəaliyyət göstərir. Qrupun şirkətlər portfelinə əməliyyat şirkətləri "Salyan Oil Limited" və "Tağıyev Əməliyyat Şirkəti", eləcə də neft və qaz sənayesində texniki xidmətlər göstərən "GL Technical Services" daxildir.