XƏBƏRLƏR / Neft və Qaz

ARDNF “Şahdəniz” üzrə gəlirləri açıqlayıb

“Şahdəniz” yatağı üzrə kondensatın satışından əldə olunan gəlir azalıb

ARDNF “Şahdəniz” üzrə gəlirləri açıqlayıb
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) 2023-cü ilin əvvəlindən cari il yanvarın 1-i tarixinədək “Şahdəniz” yatağından (qaz və kondensat) 1 milyard 308 milyon dollar gəlir əldə edib.

    Azərbaycan Respublikası Dövlət Neft Fondunun yaydığı məlumatda bildirilir ki, “Şahdəniz” yatağı üzrə gəlirlər 9,4 faiz azalıb.

    O cümlədən “Şahdəniz” yatağı üzrə kondensatın satışından əldə olunan gəlirlər hesabat dövründə 324,396 milyon dollar təşkil edib, bu da əvvəlki il ilə müqayisədə 1,3 faizlik azalma deməkdir.