XƏBƏRLƏR / Neft və Qaz

SOCAR İtaliyada neft emalı zavodu alır, amma şərtlərlə

Bu barədə "Reuters" məlumat yayıb

SOCAR İtaliyada neft emalı zavodu alır, amma şərtlərlə
  • Oxuma müddəti:

    1 dəqiqə

  • İtaliyada 3 milyard dollarlıq müqavilə. Azərbaycan Hökumətinin Zəmanətləri Lazımdır

    SOCAR-a İtaliyada 3 milyard dollarlıq neft emalı zavodunun (NEZ) alınması üçün şərt qoyulur.

    Reuters-in məlumatına görə, İtaliya hökuməti yalnız Azərbaycan tərəfinin neft tədarükünə uzunmüddətli zəmanət verəcəyi və iş yerlərinin saxlanılması üzrə öhdəliklər götürəcəyi halda sazişlə razılaşacaq.

    İki mənbəyə görə, tələb həm Azərbaycan hökumətinə, həm də SOCAR-a ünvanlanıb.

    Brachetti-Peretti ailəsinin nəzarətində olan "İP" (Italiana Petroli) şirkətinə məxsus neft emalı zavodunun satışı ilə bağlı tender bir müddət əvvəl elan edilib.

    SOCAR tenderdə özünün törəmə şirkəti "SOCAR Trading" vasitəsilə iştirak edir.

    Əsas rəqiblər arasında İsveçrə treyderləri "Gunvor Trading" və "Glencore," həmçinin BƏƏ investisiya şirkəti "Bin Butti" var.

    "Reuters" İtaliya tərəfinin qoyduğu şərtlərlə bağlı Azərbaycan hökumətindən, SOCAR-dan və "İP"dən şərh ala bilməyib.