Səudiyyə Ərəbistanı neftin qiymətini aşağı salıb
Bu barədə "Bloomberg" məlumat yayıb
Səudiyyə Ərəbistanının dövlət şirkəti Saudi Aramco tələbin azalması fonunda planetin bütün regionlarında fevral ayında tədarük edilən Arab Light markalı neftin qiymətini aşağı salıb.
Bu barədə "Bloomberg" məlumat yayıb
Agentliyin məlumatına görə, Asiya bazarlarına tədarük üçün qiymət 1,5-2 dollar/barel azaldılıb.
!Saudi Aramco! həmçinin fevral ayında Şimal-Qərbi Avropa, Aralıq dənizi və Şimali Amerika ölkələri üçün neft tədarükü qiymətlərini aşağı salıb.