İraq Türkmənistandan 10 milyard kubmetr qaz alacaq
Bu barədə TDH dövlət agentliyi məlumat yayıb.
İraq Türkmənistan qazının İran vasitəsilə illik 10 milyard kubmetr həcmində svop tədarükündə maraqlıdır.
Bu barədə Türkmənistanın TDH dövlət agentliyi məlumat yayıb.
Məlumata görə, dövlət naziri - “Türkmənqaz” dövlət konserninin sədri Məqsət Babayevin rəhbərlik etdiyi nümayəndə heyəti 2023-cü il oktyabrın 5-dən oktyabrın 8-dək Bağdadda işgüzar səfərdə olub.
Türkmənistan və İraqın dövlət enerji strukturları türkmən qazının tədarükünə dair memorandum imzalayıblar.
Qeyd olunur ki, iraqlı tərəfdaşlar İran vasitəsilə svop sxemi çərçivəsində Türkmənistandan İraqa qaz nəqlində maraqlı olduqlarını bildiriblər.
Eyni zamanda, İraq tərəfi hər il təxminən 10 milyard kubmetr həcmində Türkmənistan təbii qazını qəbul etməyə hazırdır
Tərəflər qaz sənayesində gələcək birgə fəaliyyət üçün hüquqi, kommersiya, maliyyə və təşkilati şərtləri ətraflı müzakirə ediblər.
Türkmənistan təsdiqlənmiş təbii qaz ehtiyatlarına görə dünyada Rusiya, İran və Qətərdən sonra dördüncü yerdədir.
Hazırda Türkmənistan təbii qazının ən böyük istehlakçısı Çindir.