İraqın Kərkük şəhərində türkmanlar kütləvi etiraz edirlər
Yerli təhlükəsizlik qüvvələri etirazçıları dağıdıb
İraq türkmanlari İraqın Kərkük vilayətinə Kürdüstan Vətənpərvərlər İttifaqından (KVİ) kürd qubernator təyin edilməsinə etiraz edirlər.
Onlar “Bozqurd” jestini nümayiş etdirərək “Kərkükü heç bir güc kürdləşdirə bilməz” şüarı ilə çıxış ediblər.
Yerli təhlükəsizlik qüvvələri etirazçıları dağıdıb.
Türkmanlar və ya İraq türkmanları — İraqın şimalında yaşayan türk etnosu. Ad oxşarlığına baxmayaraq türkmanlar Orta Asiya türklərinə, Türkmənistanda yaşayan türkmənlərə deyil, Azərbaycan türklərinə, Anadolu türklərinə yaxın olub, oğuz türklərinin qərbi qolundandırlar.
Yaşadıqları ərazilərdə isə ilk dəfə Səlcuqların ilk axınları zamanından xeyli əvvəllər məskunlaşmışdılar. Daha sonralar isə Səfəvi hökmdarları ən qədim Azərbaycan tayfalarından biri olan türkmanların yaşayışlarının daha da möhkəmləndirilməsini təmin etmişlər.