Vidadinin qardaşı da 1991-də erməni gülləsindən həlak olub
Bunu bu gün Şuşada həlak olan, Şuşa Şəhəri Dövlət Qoruğu tabeli qurumunun mühəndisi, 1967-ci il təvəllüdlü Vidadi Fərhadovun qohumları deyib
Bu gün Şuşada minamyot qəlpəsindən həlak olan, Şuşa Şəhəri Dövlət Qoruğu tabeli qurumunun mühəndisi, 1967-ci il təvəllüdlü Vidadi Fərhadovun qardaşı Füzuli də 1991-ci ildə ermənilərin Şuşaya atdığı "Alazan" raketi zamanı Gövhərağa məscidinin yanında yerləşən binadakı mənzilinin eyvanında həlak olmuşdu.
Qohumlarının dediyinə görə, qardaşından 32 il sonra Vidadi Fərhadov Şuşanın yuxarı hissəsində, tikinti sahəsində vurulub.
Vidadi Fərhadov həm də Şuşanın Polis İdarəsinin rəisi Səməd Məhərrəmovun xalasının həyat yoldaşıdır.
Vidadi Fərhadovun qohumları ANS Press-ə bildiriblər ki, Vidadi Fərhadov Şuşada doğulub, lakin Bakıda dəfn olunacaq.