XƏBƏRLƏR / Qonşular

İrəvan və Ankara TV yayımı sahəsində əməkdaşlıq edəcəklər

Ermənistan Teleradio Komissiyasının rəhbəri Tiqran Hakobyan türkiyəli həmkarı Dəniz Gülərlə Bolqarıstanda görüşüb

İrəvan və Ankara TV yayımı sahəsində əməkdaşlıq edəcəklər
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • İrəvan və Ankara televiziya yayımı sahəsində əməkdaşlıq etmək niyyətindədirlər.

    Məsələ Ermənistan Televiziya və Radio Komissiyasının rəhbəri Tiqran Hakobyanla türkiyəli həmkarı Dəniz Güler arasında Bolqarıstanda keçirilən görüşdə müzakirə olunub.

    Tərəflər müvafiq beynəlxalq platformalarda təcrübə mübadiləsi və əməkdaşlığı təmin edəcək memorandumun imzalanması imkanlarını müzakirə ediblər.