XƏBƏRLƏR / Nəqliyyat

İrəvan və Tbilisi arasında qatar yolu açılır

Hazırda ölkələr arasında yalnız İrəvan-Batumi-İrəvan qatarı hərəkət edir

İrəvan və Tbilisi arasında qatar yolu açılır
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Ermənistanın paytaxtı İrəvanla Gürcüstanın paytaxtı Tbilisi arasında qatar yolu açılır.

    Sentyabrın 3-dən qatar iki gündən bir şəhərlər arasında hərəkət etməyə başlayacaq.

    Qatar ayın tək günlərində İrəvandan, cüt günlərdə isə Tbilisidən yola düşəcək.

    Qeyd edək ki, hazırda ölkələr arasında yalnız İrəvan-Batumi-İrəvan qatarı hərəkət edir.