İrəvanda Vardanyana dəstək mitinqi keçirilir
Terroru maliyyələşdirməkdə ittiham edilən Vardanyanı 14 ilə qədər həbs gözləyir
İrəvanda qondarma “Dağlıq Qarabağ respublikasının keçmiş dövlət naziri” Ruben Vardanyana, eləcə də Azərbaycan hüquq-mahafizə orqanları tərəfindən saxlanılan digər separatçılara dəstək məqsədilə mitinqlər başlayıb.
Bu barədə "Sputnik Armenia" xəbər yayıb.
Təşkilatçıların fikrincə, beynəlxalq ictimaiyyət Vardanyan və digər məhbusların azad edilməsi üçün Azərbaycana təsir göstərməlidir.
Ruben Vardanyan sentyabrın 27-də “Laçın” sərhəd-buraxılış məntəqəsində Ermənistana getmək istəyərkən saxlanılıb.
Rəsmi Bakı Vardanyanı terroru maliyyələşdirməkdə ittiham edib. Onu 14 ilə qədər həbs gözləyir.