Xalq artisti Ağadadaş Ağayev və mühafizəçiyə ittiham verilib
CM-nin 221.3-cü maddəsi ilə (xuliqanlıq) cinayət işinin istintaqı çərçivəsində xəsarətlərin dərəcəsinin təyin edilməsi üçün müvafiq ekspertizalar təyin edilib
Xalq artisti Ağadadaş Ağayev və mühafizəçinin xuliqanlıq hərkətləri ilə bağlı başlanan cinayət işi üzrə polis idarəsində istintaq davam edir.
Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə (xuliqanlıq) cinayət işinin istintaqı çərçivəsində xəsarətlərin dərəcəsinin təyin edilməsi üçün müvafiq ekspertizalar təyin edilib.
Hər iki şəxs təqsirləndirilən şəxs qismində cinayət məsuliyyətinə cəlb olunaraq onlara ittiham verilib.
Xatırladaq ki, iyulun 22-də Bakı şəhər sakini olan N.Cəlilov ərizə ilə polisə müraciət edərək həmin gün saat 07 radələrində gözətçi işlədiyi özəl tibb müəssisələrindən birində olan zaman paytaxt sakini Ağadadaş Ağayevin xuliqanlıq zəminində onu söyərək təhqir etdiyini, əlindəki balta ilə onu hədələdiyini bildirib.
N.Cəlilov daha sonra izahatında A.Ağayevin baltanı ona tərəf atan zaman orada çalışan N.Paşayevanın ayaq nahiyəsinə dəydiyini və xəsarət yetirdiyini də qeyd edib.