XƏBƏRLƏR / Hadisə

İsmayıllıda ağır qəza: 4 nəfər yaralanıb

Zərbənin gücündən traktor iki yerə bölünüb

İsmayıllıda ağır qəza: 4 nəfər yaralanıb
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • İsmayıllıda yol-nəqliyyat hadisəsi baş verib.

    Qəza Qaraməryəm–İsmayıllı–Şəki avtomobil yolunun rayonun Topçu kəndi yaxınlığından keçən hissəsində qeydə alınıb.

    İlkin məlumata görə, hərəkətdə olan minik avtomobili sürücünün idarəetməsindən çıxaraq yolun kənarında dayanmış traktora çırpılıb. Güclü zərbənin təsirindən traktor iki yerə bölünüb, minik avtomobili isə yararsız vəziyyətə düşüb.

    Hadisə nəticəsində xəsarət alan 4 nəfər İsmayıllı Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

    Faktla bağlı araşdırma aparılır.