XƏBƏRLƏR / İctimaiyyət

İsmayıllıda Birinci Qarabağ müharibəsinin şəhidi dəfn edilib

Yaralılar var

İsmayıllıda Birinci Qarabağ müharibəsinin şəhidi dəfn edilib
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan şəhid Ayaz Həbibulla oğlu Ağayevlə İsmayıllı rayonunun Hacıhətəmli kəndində keçirilən vida mərasimi başa çatıb.

    Şəhidin nəşi Hacıhətəmli kənd qəbiristanlığında dəfn olunub.

    Dəfn mərasimində şəhidin doğmaları, İsmayıllı Rayon İcra Hakimiyyətinin vəzifəli şəxsləri, rayon hüquq-mühafizə orqanlarının əməkdaşları, hərbçilər və ictimaiyyət nümayəndələri iştirak ediblər.

    Qeyd edək ki, Beyləqan rayonunun Şəfəq qəsəbəsində yerləşən "Peyğəmbərlik" qəbiristanlığında naməlum şəhid kimi dəfn edilmiş Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan Ayaz Həbibulla oğlu Ağayevin meyitinin qalıqları İsmayıllı rayonuna gətirilmişdi. Ayaz Həbibulla oğlu Ağayev 1975-ci il avqustun 29-da anadan olub. O, 1994-cü ilin yanvarın 26-da Füzuli rayonunun Aşağı Əbdürrəhmanlı kəndi ərazisində itkin düşüb.