XƏBƏRLƏR / İctimaiyyət

Moskvada miqrantları elektron tətbiq vasitəsilə güdəcəklər

Bu barədə məlumatı Moskva meri Sergey Sobyanin verib

Moskvada miqrantları elektron tətbiq vasitəsilə güdəcəklər
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Sentyabrın 1-dən etibarən Moskvada miqrantları izləməyə imkan verəcək elektron monitorinq tətbiqi istifadəyə veriləcək.

    Bu barədə məlumatı “İnterfaks“ agentliyi Moskva meri Sergey Sobyaninə istinadən yayıb.

    Məlumatda bildirilir ki, yeni sistem miqrantların harada olduqlarını öyrənməyə imkan verəcək.

    Sergey Sobyanin sözlərinə görə, Moskva hökuməti miqrantların nəzarətdə saxlanılması məqsədilə “Moskva regionunda bir sıra eksperimentlərin aparılması” üçün icazə alıb. Mer qeyd edib ki, bütün hava limanlarında miqrantların biometrik nəzarəti tətbiq olunub. Həmçinin, Moskva ərazisində miqrantlara onlara aid bütün məlumatlar daxil edilmiş “elektron kart” təqdim ediləcək.

    “QR kod vasitəsilə polis həmin şəxslə bağlı hər şeyi öyrənə bilər – nə vaxt gəlib, hansı müddətə, harada işləyir, miqrasiya pozuntusu var ya yox. Əgər qırmızı işıq yanırsa, polisin onu saxlaması vacibdir. Yaşıldırsa, heç bir sual yaranmır”, – deyə mer vurğulayıb.