İspaniyada iki sürət qatarı relsdən çıxıb, 39 nəfər ölüb
Dəmiry Yolunda Çat Aşkarlandı YENİLƏNİB/FOTO
22:25
İspaniyada Fəlakət: Dəmiry Yolunda Çat Aşkarlandı
Reuters agentliyinin mənbəyə istinadən verdiyi məlumata görə, İspaniyanın cənubundakı qatar qəzasını araşdıran müstəntiqlər dəmir yolunda çat aşkar ediblər.

Qatar qəzası ilə bağlı araşdırma davam edir. İspaniya Nəqliyyat Naziri Oskar Puente fəlakətlə bağlı ehtiyatlı olmağa çağırıb.
İspaniyanın Baş naziri Pedro Sançes öz növbəsində üç günlük matəm elan edib.

İspaniyanın Adamus şəhərində Malaqadan Madridə gedən 300 sərnişin daşıyan İryo qatarının bir neçə vaqonu relsdən çıxaraq Alvia qatarı ilə toqquşub. 39 nəfər ölüb.
***
11:09
Azərbaycanın Xarici İşlər Nazirliyi (XİN) qatar toqquşması faciəsi ilə bağlı İspaniyaya başsağlığı verib.
Bu barədə nazirliyin "X" hesabında paylaşım edilib.
"İspaniyanın Kordova şəhərində baş verən və çox sayda insanın həyatına son qoyan, yaralanmalara səbəb olan faciəvi qatar toqquşması xəbərindən dərindən kədərlənirik.

Həlak olanların ailələrinə və İspaniya xalqına ürəkdən başsağlığı veririk. Yaralılara tezliklə sağalmağı arzu edirik", - paylaşımda qeyd olunub.
Qeyd edək ki, İspaniyada relsdən çıxan vaqon paytaxt Madriddən Huelvaya gedən digər qatarın vaqonu ilə toqquşub. Nəticədə ölənlərin sayı 39-a çatıb.
***
11:03
İspaniyada qatarların vaqonlarının relsdən çıxması nəticəsində həlak olanların sayı 39-a çatıb.
Bu barədə EFE agentliyi məlumat yayıb.
Ümumilikdə qatarda 317 sərnişin olub. Daha əvvəl 21, sonra isə 24 nəfərin həlak olduğu və 73 nəfərin xəsarət aldığı barədə məlumat verilmişdi. İspaniyanın nəqliyyat və dayanıqlı mobillik naziri Oskar Puente bildirib ki, Kordovada baş verən dəmiryol qəzası izah edilməsi çətin olan hadisədir, çünki qəzaya səbəb olan "Iryo" qatarı nisbətən yenidir, infrastruktur isə bu yaxınlarda təmir olunub.
***
10:18
İspaniyada baş verən qatar qəzasında ölənlərin sayı 24-ə çatıb.
Bu barədə RTVE məlumat yayıb.
Telekanalın bildirdiyinə görə, ən azı 24 nəfər ölüb, 73 nəfər yaralanıb. Yaralananlardan dördü azyaşlıdır. Məlumata əsasən, xəsarət alanlardan 15-nin vəziyyəti ağırdır.
Qeyd edək ki, daha əvvəl ölənlərin sayının 21 nəfər olduğu bildirilmişdi.
***
07:03
İspaniyada iki sürət qatarının relsdən çıxması nəticəsində 21 nəfər ölüb.
"Reuters" xəbər verir ki, 100 nəfər xəsarət alıb, onlardan 25-nin vəziyyəti ağırdır.
Hadisə Əndəlüs muxtar icmasında baş verib. Qəzanın səbəbi hələlik məlum deyil.
2 dəqiqə