İsrail 25 ölkənin Qəzza ilə bağlı çağırışını rədd etdi
Bu barədə “The Times of Israel” məlumat yayıb

İsrail 25 xarici işlər nazirinin Qəzza zolağında atəşkəs və anklav sakinlərinə humanitar yardımın fasiləsiz çatdırılması ilə bağlı çağırışını rədd edib.
Bu barədə “The Times of Israel” məlumat yayıb. İsrail bu çağırışı rədd edərək, bunun “reallıqdan uzaq olduğunu və Həmas-a yanlış siqnal göndərdiyini” qeyd edib.
"Birgə bəyanatda HƏMAS-a heç bir təzyiq haqda bir söz belə yer almayıb. Bu, danışıqlar prosesinə xələl gətirir, belə bəyanatlardan qaçmaq daha yaxşıdır", - hesabatda deyilir.