XƏBƏRLƏR / Hadisə

İsrail-ABŞ təyyarəsi turbulent zonaya girdi: 22 yaralı var

"TRT Haber" məlumat yayıb

İsrail-ABŞ təyyarəsi turbulent zonaya girdi: 22 yaralı var
  • Oxuma müddəti:

    1 dəqiqə

  • "United Airlines"a məxsus təyyarə Nyu-York ştatının hava limanına təcili eniş etmək məcburiyyətində qalıb.

    Nyu Vindzor bölgəsindəki Fövqəladə Hallara Müdaxilə Qrupunun məlumatına görə, təyyarədəki 312 sərnişindən 7-si xəstəxanaya yerləşdirilib, 15 nəfərə isə uçuş zamanı aldığı xəsarətlərə görə hadisə yerində tibbi yardım göstərilib.

    Bildirilib ki, təyyarə ABŞ-ın Nyuark Liberti Beynəlxalq Hava Limanına yaxınlaşarkən “güclü küləklərə” tutulub və hava limanında enişini təxirə salıb.

    Bəzi sərnişinlər oturacaqlarından atılıblar

    İsrailin Tel-Əviv şəhərindən havaya qalxan təyyarə ABŞ-ın Nyu-York Stüart Beynəlxalq Hava Limanına istiqamətlənib.

    Təyyarədə olan insanların bəziləri turbulentlik səbəbi ilə ürək bulanması və sinə ağrısından şikayətlənsə də, bəzi sərnişinlərin kəmər taxmadığı üçün oturacaqlarından atıldığı bildirilib.

    Federal Aviasiya İdarəsi ard-arda yaşanan problemlərə görə "United Airlines" ilə bağlı araşdırma başladıb.