XƏBƏRLƏR / Münaqişə

İsrail Beyrutda Hizbullahın İcra Şurasının qərargahını vurub

Bu barədə İsrail Hərbi Hava Qüvvələrinin “X” səhifəsində bildirilib VIDEO

İsrail Beyrutda Hizbullahın İcra Şurasının qərargahını vurub
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • İsrail Müdafiə Qüvvələri (IDF) gecə Beyrutun cənub ərazilərində Hizbullahın istifadə etdiyi çoxmərtəbəli binalarda onlarla hədəfi vurub. VIDEO

    Bu barədə İsrail Hərbi Hava Qüvvələrinin “X” səhifəsində bildirilib.

    Məlumata görə, vurulan hədəflər arasında Hizbullahın İcra Şurasının qərargahı, əməliyyat mərkəzləri və dronların saxlanıldığı anbar da var.

    “Əməliyyat mərkəzləri Hizbullah tərəfindən IDF hissələrinə və İsrail Dövləti əleyhinə müxtəlif terror hücumlarını hazırlamaq və həyata keçirmək üçün istifadə olunmalı idi”, - məlumatda qeyd olunub.

    Əməliyyatlardan əvvəl IDF cənub ərazilərdə dörd əsas məhəllə üçün, Hizbullahın möhkəmləndiyi Dahiyeh bölgəsində təxliyə xəbərdarlığı elan edib.