İsrail Cənubi Azərbaycanın müstəqilliyini dəstəkləməlidir
Bu başlıqla "The Jerusalim Post" qəzeti məqalə dərc edib

İsrail Cənubi Azərbaycanın İrandan müstəqilliyini dəstəkləməlidir.
Bar-İlan Universitetinin Begin-Sadat Strateji Araşdırmalar Mərkəzinin şərqşünası və tədqiqatçısı Mordechai Keydar bu gün qəzetdə dərc olunan məqaləsində İsrailin Güney Azərbaycanın İrandan müstəqilliyini dəstəkləməli olduğunu iddia edir.
Bu barədə "The Jerusalim Post" qəzeti yazır.
Güney Azərbaycanla Quzey Azərbaycanın “ümumi sərhəd”i var, bu da o deməkdir ki, Güney Azərbaycanda yaşayan azərbaycanlıların kifayət qədər gücə (beynəlxalq, hərbi, iqtisadi və s.) sahib olduqları gün gəlsə, Şimali Azərbaycanla birləşməyə böyük ehtimalla nail olacaqlar.
Güney Azərbaycanın İrandan ayrılması çox asandır, çünki o, İran ərazisinin kənarındadır, ona görə də “böyük problem” deyil. Bəlkə də buna görədir ki, İran rejimi nəsillər boyu fars mədəniyyəti ilə dinc yanaşı yaşayan İranda Azərbaycan mədəniyyətinə qarşı bu qədər sərtdir. Əgər iranlılar Güney Azərbaycanın ayrılmasından bu qədər qorxurlarsa, bəlkə də Güney Azərbaycanın İrandan ayrılmasına dəstək vermək onların düşmənlərinin maraqlarına uyğun olardı.
Bu, İsrail üçün yeni müttəfiq yaradacaq və İrandakı digər etnik azlıqları müstəqillik uğrunda mübarizəyə ruhlandıra bilər.