İsrail ehtiyatda olan 300 min hərbçini orduya çağırır
Bu, İsrail tarixindəki ən böyük səfərbərlikdir
İsraildə ehtiyatda olan təxminən 300 min hərbçi orduya çağırılacaq.
“The Yeruselim Post” xəbər verir ki, bu barədə İsrailin Müdafiə Ordusundan bildirilib.
Vurğulanıb ki, onlar “Dəmir Qılınclar” əməliyyatına cəlb olunacaqlar.
Bu, İsrail tarixindəki ən böyük səfərbərlikdir.
Xatırladaq ki, oktyabrın 7-də səhər saatlarında İsrail ərazisi Qəzza zolağından raket atəşinə tutulub. Nəticədə 700-dən çox adam ölüb, 2 315 nəfər yaralanıb. İsrail ordusu "müharibə hazırlığı vəziyyəti" elan edib və cavab olaraq "Dəmir Qılınclar" əməliyyatına başladığını bildirib.