"İsrail rejiminin və liderlərinin süqutu sürətlənəcək..."
Bunu şeyx Nəsrullahın qətlindən sonra İran ordusunun Baş komandanı general-mayor Əbdülrəhim Musəvi deyib
İran ordusunun Baş komandanı general-mayor Əbdülrəhim Musəvi deyib ki, Livan Hizbullah hərəkatının lideri Həsən Nəsrullahın ölümünə rəsmi Tehrandan reaksiya gələcək.
“Cavab gözləyin” deyən Musəvi İsrailin Beyruta hücumlarına İranın mümkün cavabını şərh edərək, “Nəsrullahın qanı İsrail rejiminin və onun liderlərinin süqutunu sürətləndirəcək” deyib.
Bir gün əvvəl İran Prezidenti Məsud Pezeşkian demişdi ki, “sionist rejimin cinayətləri... cavabsız qalmayacaq”.
CNN mənbəsi bildirib ki, Vaşinqton İranın Nəsrullahın öldürülməsinə cavab olaraq İsrailə zərbə endirməsindən ehtiyat edir.