XƏBƏRLƏR / Diplomatiya

İsrail səfirliyi Azərbaycan xalqına başsağlığı verdi

"Qurbanların xatirəsi daim yaşasın və sülh ilə qarşılıqlı anlaşma qalib gəlsin"

İsrail səfirliyi Azərbaycan xalqına başsağlığı verdi
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • İsrailin Azərbaycandakı səfirliyinin rəsmi "X" sosial media hesabında Xocalı faciəsi ilə əlaqədar paylaşım edib.

    Paylaşımda deyilir:

    "Səfirlik adından Azərbaycan xalqına və Xocalı faciəsi qurbanlarının ailələrinə dərin hüznlə başsağlığı veririk. Həyatını itirən günahsız insanların xatirəsini ehtiramla yad edir və zərər çəkmiş hər kəsə ən dərin rəğbətimizi bildiririk. Qurbanların xatirəsi daim yaşasın və sülh ilə qarşılıqlı anlaşma qalib gəlsin."