İsrail Sənanın hava limanını yerlə yeksan etdi FOTO
Yəmənin paytaxtındakı hava limanı fəaliyyətini dayandırdı

İsrail Hərbi Hava Qüvvələri Yəmənin paytaxtı Sənada hava limanını tamamilə dağıdıb, - İsrailin "Kan" radiostansiyası.
İsrail ordusu Yəməndə Husi infrastrukturuna hava zərbələri endirir. Səna Beynəlxalq Hava Limanı tamamilə fəaliyyət göstərmir. Bir neçə elektrik stansiyası və tunellərin tikintisi üçün istifadə edilən sement zavodu da hücuma məruz qalıb - İsrail Ordusu xəbər verir.
İsrail Hərbi Hava Qüvvələri Sənanın əsas sərnişin terminalını və bütün texniki obyektlərini məhv etdi - Məlumatı husilərin nəzarətində olan "Əl Məsirə" telekanalı verib.
Xatırladaq ki, bir neçə gün əvvəl husilər İsrailin Ben Qurion hava limanını raket atəşinə tutmuşdu. Raket hava limanının ətrafına düşmüşdü.