İsrail və Türkiyə birbaşa gizli danışıqlar aparırlar?
Bu barədə "Middle East Eye" dərgisi yazır

İsrail və Türkiyə Suriyada hərbi eskalasiyanın qarşısını almaq üçün birbaşa danışıqlar aparır, - "Middle East Eye"
Türkiyə və İsrail “anlaşılmazlıqların qarşısını almaq” və gücləri arasında mümkün toqquşmaların qarşısını almaq üçün Suriyada demarkasiya xətti ilə bağlı danışıqlar aparır. Qeyd olunur ki, danışıqlar yəhudi dövlətinin Ankaranın öz qoşunlarını yerləşdirməyi planlaşdırdığı Homsdakı T4 bazasına aviazərbələr endirməsindən sonra başlayıb.
“Həm İsrail, həm də Türkiyə rəsmiləri eyni gündə eyni bəyanatlar verərək, Suriyada bir-biri ilə münaqişəyə can atmadıqlarını bildiriblər: “Görünür, bu, koordinasiya edilib”, - mənbə vurğulayıb.
Həmçinin qeyd edilir ki, Türkiyə İsrail də daxil olmaqla hava hücumlarının qarşısını almaq üçün Suriyada Hisar hava hücumundan müdafiə sistemləri və Rusiyaya məxsus S-400 yerləşdirməyi planlaşdırır.