XƏBƏRLƏR / Hərbi

İsrailə hücum zamanı İran hipersəs raketindən istifadə edib

Bunu İranın İSNA xəbər agentliyi bildirib

İsrailə hücum zamanı İran hipersəs raketindən istifadə edib
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • İranın İSNA xəbər agentliyi bildirib ki, dünən İsrailə hücum zamanı Tehran 1450 km mənzilli “Xeybar Şekan” hipersəs ballistik raketindən istifadə edib.

    Agentlik raketin hara atılması və hədəfə çatıb-çatmaması barədə heç bir məlumat vermir. 

    Məlumdur ki, Tehranın raket hücumu İsrailin müdafiəsinə ziyan vura bilməyib.